25 
Mar
2023
18:45
174
25
2809
Virtual karabakh

“Haber Global” “Qarabağ” - “Qalatasaray” oyunu öncəsi son vəziyyət barədə süjet hazırlayıb – VİDEO

25 Mar, 2023
18:45
2809

“Haber Global” “Qarabağ” - “Qalatasaray” oyunu öncəsi son vəziyyət barədə süjet hazırlayıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Haber Global” televiziya kanalı “Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyunu barədə süjet hazırlayıb.

Kanalın idman direktoru Fatih Demirkol Bakı Olimpiya Stadionundan canlı bağlantıya çıxaraq oyunöncəsi son vəziyyət haqqında məlumat verib.

O, canlı yayımda qeyd edib ki, artıq matçın baş tutması üçün bütün hazırlıqlar yekunlaşıb və azarkeşlər böyük həyəcanla start fitinin səslənməsini gözləyirlər.

“Haber Global” televiziya kanalının idman direktoru “Qarabağ”ın təcrübəli yarımmüdafiəçisi Qara Qarayevdən oyunla bağlı fikirlərini də öyrənib.

Xatırladaq ki, “Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu məhz “Haber Global” kanalı canlı yayımlayacaq.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş sabah (26 mart) Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri