11 
Apr
2015
10:45
59
71
4297
Virtual karabakh

#Baku2015Challenge. Çağırışı birinci Miri Yusif etdi – VİDEO

11 Apr, 2015
10:45
4297

#Baku2015Challenge. Çağırışı birinci Miri Yusif etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Estafeti basketbolçu Amil Həmzəyev qəbul edib.

Avropa Oyunları 2015-in basketbol üzrə ulduz səfiri, məşhur azərbaycanlı müğənni Miri Yusif, Avropa Oyunlarını dəstəkləmək üçün #Baku2015Challenge çağırışı edib.

Oxu.Az xəbər verir ki, onun mahiyyəti qeyri-adi basketbol tryukunun yerinə yetirilməsidir. Miri Yusif yerdən tullanaraq topu səbətə atıb və estafeti basketbolçu Amil Həmzəyevə, eləcə də müğənnilər ABD Malik və Elmir Məhərrəmova verib.

İlk olaraq çağırışı Amil Həmzəyev qəbul edib. O, topu səbətə, qalxanın arxasında duraraq atıb, sonra isə arxası səbətə duraraq ikinci atışı edib. Daha sonra Həmzəyev estafeti basketbolçu Zaur Paşayev, Rolandas Alievasa və Marşal Mouzesə verib.

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri