27 
Mar
2023
00:21
91
20
3382
Virtual karabakh

Nagelsmann niyə istefaya göndərildi?

27 Mar, 2023
00:21
3382

Nagelsmann niyə istefaya göndərildi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bayern”in prezidenti Herbert Hayner baş məşqçi Yulian Nagelsmannın istefaya göndərilməsini və Tomas Tuxelin təyinatını izah edib.

“Bəli, mən bir müddət əvvəl Yulian Nagelsmannı tam dəstəkləyir və onunla uzunmüddətli layihə haqqında danışırdım. Mən ümid edirdim ki, bu layihə həyata keçirilə bilər.

Nagelsman əla məşqçidir, amma nəticə hər şeydən üstündür. “Bayer”lə oyun (1:2) məni düşündürdü. Təbii ki, uzun müddət Kan və Salihamidziçlə məsləhətləşdim. Nəticədə belə qənaətə gəldik ki, mövsümlə bağlı planlarımızı yerinə yetirmək üçün reaksiya vermək lazımdır. Tanrıya şükürlər olsun ki, bizim hələ də hər üç turnirdə qalib gəlmək şansımız var”, - deyə Hayner bildirib.

O, Tuxelin təyinatını da şərh edib.

“Tuxelin təyin edilməsi şübhəsiz ki, düzgün qərardır. Uzun illər əvvəl bunu etmək istəyirdik, amma alınmadı. Son illərdə o, Avropanın böyük klublarında inanılmaz uğurlar qazana biləcəyini sübut edib. Tuxel Avropanın ən istedadlı məşqçilərindən biridir”, - deyə “Bayern”in prezidenti qeyd edib.

Mənbə: championat.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri