27 
Mar
2023
00:47
399
19
8425
Virtual karabakh

AVRO-2024: Portuqaliyadan darmadağın, İtaliya ilk qələbəsini qazanıb - YENİLƏNİB

27 Mar, 2023
00:47
8425

AVRO-2024: Portuqaliyadan darmadağın, İtaliya ilk qələbəsini qazanıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 AVRO-2024-ün seçmə mərhələsində II turun daha 4 oyunu keçirilib.

“Report”un məlumatına görə, C qrupunda İtaliya səfərdə Maltanı 2:0 hesabı ilə məğlub edib.

H qrupunda Şimali İrlandiya evdə Finlandiya ilə bacarmayıb - 0:1.

J qrupunda isə Portuqaliya səfərdə Lüksemburqu darmadağın edib, Slovakiya doğma meydanda Bosniya və Herseqovinaya qalib gəlib.

AVRO-2024, seçmə mərhələ

II tur

26 mart

C qrupu

22:45. Malta - İtaliya - 0:2

Qollar: Mateo Retegi, 15. Matteo Pessina, 27

Xal durumu: İngiltərə - 6 (2 oyuna), İtaliya - 3 (2 oyuna), Şimali Makedoniya - 3, Ukrayna - 0, Malta - 0 (2 oyuna)

H qrupu

22:45. Şimali İrlandiya - Finlandiya - 0:1

Qol: Benyamin Kölman, 28

Xal durumu: Sloveniya - 3, Danimarka - 3, Qazaxıstan - 3, Finlandiya - 3, Şimali İrlandiya - 3, San Marino - 0

J qrupu

22:45. Slovakiya - Bosniya və Herseqovina - 2:0

Qollar: Robert Mak, 13. Lukaş Haraslin, 40

22:45. Lüksemburq - Portuqaliya - 0:6

Qollar: Kriştianu Ronaldu, 9; 31. Joau Feliks, 15. Bernardu Silva, 18. Otavio, 77. Rafael Leau, 89

İstifadə edilməyən penalti: Rafael Leau, 85 (Portuqaliya)

Xal durumu: Portuqaliya - 6, Slovakiya - 4, Bosniya və Herseqovina - 3, İslandiya - 3, Lüksemburq - 1, Lixtenşteyn - 0.

22:11

AVRO-2024-ün seçmə mərhələsində II tura start verilib.

Məlumata görə, 3 qrupda bu günə nəzərdə tutulan 8 qarşılaşmadan 4-ü artıq başa çatıb.

C qrupunda İngiltərə millisi evdə Ukraynaya qalib gəlib. H qrupunda Sloveniya San Marinonu məğlub edib.

J qrupunda isə İslandiya səfərdə Lixtenşteynin qapısından 7 cavabsız top keçirib.

AVRO-2024, seçmə mərhələ

II tur

26 mart

C qrupu

20:00. İngiltərə - Ukrayna - 2:0

Qollar: Harri Keyn, 37. Bukayo Saka, 40

22:45. Malta - İtaliya

Xal durumu: İngiltərə - 6 (2 oyuna), Şimali Makedoniya - 3, Malta - 0, İtaliya - 0, Ukrayna - 0

H qrupu

17:00. Qazaxıstan - Danimarka - 3:2

Qollar: Baxtiyor Zaynutdinov, 73. Asxat Taqıbergen, 86. Abat Aymbetov, 89 - Rasmus Hoylund, 21; 35

Qırmızı vərəqə: Abat Aymbetov, 90+6 (Qazaxıstan)

20:00. Sloveniya - San Marino - 2:0

Qollar: Benyamin Şeşko, 56. Roberto Di Mayo, 60 (avtoqol)

22:45. Şimali İrlandiya - Finlandiya

Xal durumu: Sloveniya - 3 (2 oyuna), Qazaxıstan - 3 (2 oyuna), Şimali İrlandiya - 3, Danimarka - 3 (2 oyuna), Finlandiya - 0, San Marino - 0 (2 oyuna)

J qrupu

20:00. Lixtenşteyn - İslandiya - 0:7

Qollar: David Oulavsson, 3. Arnar Haraldsson, 38. Aron Qunnarsson, 48; 68; 73 (penalti). Andri Qudyonsen, 85. Mikael Ellertsson, 87

22:45. Slovakiya - Bosniya və Herseqovina

22:45. Lüksemburq - Portuqaliya

Xal durumu: Bosniya və Herseqovina - 3, Portuqaliya - 3, İslandiya - 3 (2 oyuna), Slovakiya - 1, Lüksemburq - 1, Lixtenşteyn - 0 (2 oyuna).

Qeyd edək ki, gecənin digər 4 oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

19:54

Futbol üzrə Avropapa çempionatının seçmə mərhələsinin ikinci turu üzrə görüşlərə start verilib.

Oxu.Az xəbər verir ki, günün ilk qarşılaşmasında sensasiya qeydə alınıb.

Belə ki, Danimarka millisi səfərdə Qazaxıstana uduzub.
Görüş qonaqlar üçün yaxşı başlayıb. R.Hojlund 21 və 36-cı dəqiqələrdə fərqlənib.

İkinci hissəyə iki top geridə başlayan qazaxlar əzmkarlıq nümayiş etdirərək oyunda dönüş yarad biliblər.

73-cü dəqiqədə B.Zaynutdinov penalti zərbəsindən fərqi azaldıb. 86-cı dəqiqədə A.Tagybergen hesaba tarazlıq gətirib. Üç dəqiqə sonra A.Aymbetov meydan sahiblərinə qələbə gətirən qola imza atıb.

Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Üçüncü qolun sahibi qırmızı vərəqə alaraq meydanı tərk edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri