27 
Mar
2023
01:13
397
57
12172
yuxarı
“Qalatasaray” azarkeşləri “Qarabağ”ın futbolçusunun transferini istədilər
27 Mar, 2023
01:13
12172
397
57
“Qalatasaray” azarkeşləri “Qarabağ”ın futbolçusunun transferini istədilər
“Qarabağ” - “Qalatasaray” xeyriyyə matçında (1:2) Abdullah Zubirin oyunu İstanbul klubunun azarkeşlərinin diqqətini çəkib.
Oxu.Az xəbər verir ki, “sarı-qırmızılar”ın fanatları sosial şəbəkələrdə fransalı oyunçu barədə xoş fikirlər səsləndiriblər.
“Twitter”də bir çox azarkeşlər onun transfer edilməsini istəyiblər və qiymətinin nə qədər olması ilə bağlı paylaşımlar ediblər. Hətta fanatlardan biri Zubiri “Qalatasaray”ın ulduzu Nikolo Zaniolo ilə müqayisə edib.
Zubirdən başqa “Qarabağ”ın müdafiəçisi Kevin Medinanın oyunu da fanatların diqqətini çəkib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək