29 
Mar
2023
16:08
114
18
1657
yuxarı
Milli komandalarda ən çox qol vuran futbolçular: Messi “100-lər klubu”na qoşuldu
29 Mar, 2023
16:08
1657
114
18
Milli komandalarda ən çox qol vuran futbolçular: Messi “100-lər klubu”na qoşuldu
Argentina millisinin Kurasaoya qarşı yoldaşlıq oyununda (7:0) het-trik edən Lionel Messi yığma karyerasında vurduğu qolların sayını 102-yə çatdırıb.
Oxu.Az xəbər verir ki, bununla da 35 yaşlı forvard 100 qol həddini keçən üçüncü futbolçu olub. O, yalnız Kriştianu Ronaldu və Əli Daeidən geri qalır. Ronaldu Portuqaliya millisinin heyətində 198 matçda 122 dəfə fərqlənib. İranlı Əli Daeinin aktivində 109 top var (148 oyun). Messiyə isə 102 qol vurmaq üçün 173 matç keçirmək lazım olub.
İlk “5-lik”də Moxtar Dahari (Malayziya; 142 oyunda 89 qol) və Ferens Puşkaşla Sunil Çetri də var. Puşkaş Macarıstan və İspaniya millilərində 89 matçda 84 dəfə fərqlənibsə, Çetri Hindistan yığmasında bu saya çatmaq üçün 132 oyuna ehtiyac duyub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
3 
İyn
2023
22:02
“Barselona”nın zərif təmsilçiləri Çempionlar Liqasının qalibi oldular - VİDEO
128
27
868
3 
İyn
2023
17:18
“Real Madrid”in futbolçusu “Qarabağ”ın yeni transferini təbrik etdi - FOTO
164
11
3483