29 
Mar
2023
13:06
27
75
2419
Virtual karabakh

Muslera Bakıya niyə gəlməyib? - ÖZƏL

29 Mar, 2023
13:06
2419

Muslera Bakıya niyə gəlməyib? - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qalatasaray”ın “Qarabağ”a qarşı xeyriyyə oyunu üçün Bakıya gətirdiyi heyətdə bir çox ulduz futbolçu yer alsa da, Fernando Muslera olmayıb.

Oxu.Az saytına uruqvaylı qolkiperin ölkəmizə gəlməmə səbəbi bəlli olub.

Əldə etdiyimiz məlumata görə, o, özü Bakıya gəlmək istəməyib. İlkin siyahıda adı olsa da, sonradan çıxarılıb. Muslera zədədən sonra formasını bərpa etmək üçün İstanbulda qalıb məşqləri davam etdirməyi lazım bilib. Komandanın iki qapıçı məşqçisindən biri də bu səbəbdən Muslera ilə birgə klubun bazasında qalıb.

Martın 26-da keçirilən “Qarabağ” - “Qalatasaray” matçı 1:2 hesabı ilə başa çatıb.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri