29 
Mar
2023
15:28
65
14
2745
Virtual karabakh

“Qarabağ” Almaniya çempionatından futbolçu transfer edir? - AÇIQLAMA

29 Mar, 2023
15:28
2745

“Qarabağ” Almaniya çempionatından futbolçu transfer edir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın “Paderborn” klubunun futbolçusu Florent Musliyanın adı “Qarabağ”la hallanır.

Məşhur “Transfermarkt” portalı kosovolu orta xətt oyunçusunun Ağdam klubuna keçə biləcəyini iddia edib. Məlumata görə, transferin reallaşma ehtimalı 53 faizdir.

“Qarabağ” isə məlumatı təkzib edir. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Oxu.Az saytına açıqlamasında Musliyanın transfer siyahısında olmadığını söyləyib.

“Məlumat həqiqəti əks etdirmir. Ola bilsin ki, bizə təklif edilən futbolçulardan biri olub. Ancaq “Qarabağ”ın transfer etmək istədiyi oyunçuların arasında onun adı yoxdur”, - deyə G.Abbaszadə bildirib.

24 yaşlı futbolçu 2022-ci ilin yanvarından “Paderborn”da çıxış edir. Kosovo millisinin üzvü bu mövsüm II Bundesliqada 24 oyun keçirib və 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri 1,2 milyon avrodur.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri