29 
Mar
2023
14:48
87
10
1231
Virtual karabakh

“Qalatasaray”ın müraciəti əsassız deyil: Legioner məsələsi yenidən aktuallaşıb - ÖZƏL

29 Mar, 2023
14:48
1231

“Qalatasaray”ın müraciəti əsassız deyil: Legioner məsələsi yenidən aktuallaşıb - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qalatasaray” türkdilli ölkələrdən olan futbolçuların Türkiyədə legioner sayılmaması üçün qonşu ölkənin futbol federasiyasına müraciət etməyə hazırlaşır. Bir müddətdir, bu istiqamətdə iş aparan klub Braziliya ilə Portuqaliyanı nümunə göstərir.

Əslində, “Qalatasaray”ın təklifi yeni deyil. Məsələnin daha lokal müstəvidə - azərbaycanlı futbolçuların Türkiyədə, türkiyəli oyunçuların Azərbaycanda yerli statusda çıxış etməsi əvvəllər də müzakirə olunub. Bununla bağlı iki ölkənin futbol federasiyaları danışıqlar aparıblar.

“Qalatasaray” tərəfinin məsələni indi gündəmə gətirməsi də təsadüfi deyil. Oxu.Az saytına bununla bağlı yeni informasiya daxil olub.

Məlumatlı mənbələr bildirirlər ki, məsələ bu yaxınlarda yenidən aktuallaşıb və AFFA ilə TFF arasında danışıqlar intensivləşib. Bu dəfə real nəticələrin olması istisna edilmir.

Proses elə də sadə deyil. Çünki təkcə oyunçuların statusu məsələsi rol oynamır. Əvvəlcə hüquqi baza yaradılmalıdır. Burada əmək müqaviləsi, iş icazəsi kimi məsələlər önəm kəsb edir.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri