30 
Mar
2023
01:00
101
20
3615
Virtual karabakh

“Liverpul” 100 milyonluq müdafiəçi transfer edir

30 Mar, 2023
01:00
3615

“Liverpul” 100 milyonluq müdafiəçi transfer edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Benfika”nın futbolçusu Antoniu Silva karyerasını “Liverpul”da davam etdirə bilər.

İngiltərə klubu 19 yaşlı müdafiəçiyə ciddi maraq göstərir. Mersisayd təmsilçisi yayda onunla müqavilə imzalamaq niyyətindədir. Futbolçuya “Aston Villa”, PSJ və “Real Madrid” də iddia edir.

Antoniunun “Benfika” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Onun sözləşməsindəki sərbəst qalma məbləği 100 milyon avrodur. Silva bu mövsüm “Benfika”nın heyətində 36 oyun keçirib və 4 qol vurub.

Mənbə: “Todofichajes”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri