30 
Mar
2023
12:04
98
16
1852
Virtual karabakh

Argentina 16 il sonra zirvədə: Böyükhesablı məğlubiyyətlər Azərbaycan millisini üç addım geri saldı

30 Mar, 2023
12:04
1852

Argentina 16 il sonra zirvədə: Böyükhesablı məğlubiyyətlər Azərbaycan millisini üç addım geri saldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2022-nin seçmə mərhələsində Avstriya və İsveçə məğlubiyyətlərin Azərbaycan yığmasının FIFA sıralamasındakı mövqeyinə necə təsir etdiyi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, məğlubiyyətlər xal itkisinə və geriləməyə səbəb olub. İki oyunda məğlubiyyət yığmanın aktivindən ümumilikdə 9,57 xalın silinməsi ilə nəticələnib. Beləliklə, komandanın xalı 1142,25-ə düşüb.

Bu, yekun sıralamada millinin üç pillə geriləməsi ilə nəticələnib. Keçən siyahıda 121-ci olan komanda hazırda 124-cü yerdədir. Millinin “qonşu”ları Niger (123) və Farer adalarıdır (125).

Reytinq cədvəlinin ilk pillələrində də dəyişiklik var. Argentina millisi 2007-ci ildən sonra ilk dəfə 1-ci pilləyə yüksəlib. Fransa yığması da bir addım irəli gedib və 2-cidir. Braziliya isə liderliyi əldən verərək 3-cü yerə düşüb.

Qeyd edək ki, yeni sıralama aprelin 6-da dərc olunacaq.

Xatırladaq ki, Azərbaycan millisi Avstriyaya 1:4, İsveçə 0:5 uduzub.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri