31 
Mar
2023
11:20
76
8
4280
Virtual karabakh

Azərbaycan futbolunda görünməmiş nəticə

31 Mar, 2023
11:20
4280

Azərbaycan futbolunda görünməmiş nəticə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Araz Naxçıvan” Azərbaycan futbol tarixinə düşüb.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, Muxtar Respublika təmsilçisi 1992-ci ildən təşkil olunan peşəkar səviyyəli turnirlərdə 5 və ya daha çox qol buraxan, lakin qalib gələn ilk komanda olub. Bu, I Divizionun XXII turunun “Turan Tovuz-2” ilə səfər oyununda baş verib. Qonaqlar 6:5 hesabı ilə qalib gəliblər. Azərbaycan çempionatının hər iki liqası (Premyer Liqa və I Divizion), kubokunun və Superkubokunun oyunlarında belə hadisə yaşanmamışdı.

Tovuz şəhər stadionundakı qarşılaşma Azərbaycan futbolu tarixinə hər iki komandanın 5 və ya daha çox qol vurduğu 6-cı görüş kimi düşüb. Bunadək bir dəfə Premyer Liqa (əvvəlki güclülər dəstəsi), dörd dəfə I Divizionda (əvvəlki birinci dəstə) belə qarşılıqlı məhsuldarlıq qeydə alınıb. Həmin oyunların hamısı heç-heçə bitdiyi üçün 5 və ya daha çox qol buraxanların heç biri qalib gəlməyib. Yüksək liqadakı görüş 6:6, digərləri eyni - 5:5 hesabı ilə nəticələnib.

1998/99. “Viləş” - “Turan” - 6:6

2007/08. “Abşeron” - “ANŞAD-Petrol” - 5:5

2013/14. “Karvan” - MOİK - 5:5

2015/16. “Zaqatala” - “Şərurspor” - 5:5

2018/19. “Səbail-2” - “Sumqayıt-2” – 5:5

11 qolun vurulduğu matç həm də mövsümün rekordu ilə yadda qalıb. Bunadək ən məhsuldar görüş 2022-ci il sentyabrın 14-də keçirilən “Zaqatala” - “Səbail-2” qarşılaşması idi – 5:4.

“Turan Tovuz-2” - “Araz Naxçıvan” qarşılaşması PFL-in tarixində 3-cü ən məhsuldar oyundur. 2008-ci ildən ölkə çempionatının iki liqası, kuboku və Superkubokunun təşkil edən qurumun bayrağı altında yalnız 2 dəfə daha çox qol vurulub. Hər iki matç bu dəfə olduğu kimi I Divizionda baş tutub. Bu qarşılaşmaların birində 14, digərində 12 top qeydə alınıb.

2016/17. “Səbail” - “Bakılı” - 11:3

2015/16. “Energetik” - “Neftçala” - 0:12

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri