31 
Mar
2023
13:04
173
9
939
Virtual karabakh

Azərbaycanın daha iki boksçusu finala yüksəldi

31 Mar, 2023
13:04
939

Azərbaycanın daha iki boksçusu finala yüksəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yeniyetmə boksçular arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir davam edir.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışın üçüncü günündə 1/4 final mərhələsi başa çatıb.

52 kq, 54 kq, 57 kq və 60 kq çəkidə yarımfinala yüksələn boksçular bəlli olublar. Azərbaycan millisinin 6 idmançısı da 1/4 final döyüşünü qələbə ilə bitirib və mərhələ adlamaqla özü üçün ən azı bürünc medalı təmin edib.

46 kq və 50 kq çəki dərəcələrində isə finalçılar müəyyənləşiblər. Döyüşlərin nəticəsinə əsasən, yığmamızın daha 2 boksçusu həlledici görüşə vəsiqə əldə edib.

Turnirin dördüncü günündə yarımfinal mərhələsinin qarşılaşmaları olacaq. Döyüşlər saat 15:00-da başlayacaq.

11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın final döyüşləri aprelin 1-də keçiriləcək.

1/4 final

52 kq

Yerjan İsteleyov (Qazaxıstan) - Eliyahu Tayber Maik (İsrail) - 5:0

Turğay Rəhimli (Azərbaycan) - Eldar Abdullazadə (Azərbaycan) - 1:4

İbrohim Qiyosov (Özbəkistan) - Əli Xudaverdiyev (Azərbaycan) - 5:0

Faiq Mollayev (Azərbaycan) - Daniyar Akbısenov (Qazaxıstan) - 3:2

54 kq

Elbrus Kərimli (Azərbaycan) - Sodmehr Dovlatov (Tacikistan) - 4:1

Aleksandr Marqa (Moldova) - Azad Cavadzadə (Azərbaycan) - 0:5

Vüsal Xəlilov (Azərbaycan) - Alixan Mairambekov (Qırğızıstan) - 1:4

Nihat Babacanov (Azərbaycan) - Pavel Kondraşov (Rusiya) - ikinci tam üstünlüklə qalib gəlib

57 kq

Muhit Nurkabil (Qazaxıstan) - Bilol Curayev (Qazaxıstan) - birinci qalib gəlib

Pahlavonjon İbrohimov (Özbəkistan) - Orucəli Cavadzadə (Azərbaycan) - 3:2

Vaqif Hacıyev (Azərbaycan) - Şon Şraqo (İsrail) - 5:0

Platon Kozlov (Rusiya) - Zviad Tçotçua (Gürcüstan) - birinci tam üstünlüklə qalib gəlib

60 kq

Sardorbek Saidakbarov (Özbəkistan) - Abdulloh Karimzoda (Tacikistan) - 5:0

Canibek Tavbek (Qazaxıstan) - Mirhəsən İbrahimov (Azərbaycan) - 0:5

Ruslan Ruşanov (Azərbaycan) - Muhammed Alimbekov (Qırğızıstan) - 1:4

Akaki Basarya (Gürcüstan) - Firuzcon Sadullayev (Özbəkistan) - 0:5

1/2 final

46 kq
Behruz Kurbonov (Özbəkistan) - Ucal Musayev (Azərbaycan) - 4:1

Bilal Nəzərov (Azərbaycan) - Andrey Kotusov (Rusiya) - 5:0

50 kq

Sübhan Babayev (Azərbaycan) - Ramazan Orinbassar (Qazaxıstan) - 4:1

Arseni Jiltsov (Rusiya) - Şohjaxon Qahramanov (Özbəkistan) - 3:2

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri