Apr
2023
13:03
264
30
3587
Virtual karabakh

Benzema da Ronaldunun ardınca Ərəbistana gedir

1 Apr, 2023
13:03
3587

Benzema da Ronaldunun ardınca Ərəbistana gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Madrid “Real”ının fransalı hücumçusu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanındakı klublardan birində davam etdirə bilər.

Bu barədə “Todofichajes” öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, forvard Madrid klubunun tərkibində çıxışını davam etdirmək istədiyinə əmin deyil. Artıq ona Səudiyyə Ərəbistanından karyerasını bitirmək üçün münasib olan təklifin göndərildiyi vurğulanıb.

Benzemanın klub qeydiyyatını gələn yay dəyişə biləcəyi qeyd olunur. 35 yaşlı futbolçunun “Real”la anlaşması cari mövsümün sonuna kimi hesablanıb. Eyni zamanda, klubu onunla yeni müqavilə imzalamayıb.

Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm La Liqada 16 oyuna çıxıb, 11 qol vurub və üç məhsuldar ötürmə edib.

Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir. Klubla birlikdə futbolçu beşi Çempionlar Liqası kuboku olmaqla, 23 kubok qazanıb. 2022-ci ildə forvard “Qızıl top”un sahibi olub.

Mənbə: Sovsport.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri