Apr
2023
15:42
152
9
768
Virtual karabakh

Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı bəlli olub

1 Apr, 2023
15:42
768

Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı bəlli olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan idmançılarının ötən ay beynəlxalq turnirlərdə qazandıqları medalların sayı bəlli olub.

“Report”un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov mart ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində bildirib.

Nazir ay ərzində yarışlarda 70-dək medalın əldə olunduğunu vurğulayıb:

“Yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası, güllə atıcılığı, taekvondo, cüdo, paracüdo, boks, stolüstü tennis, karate, parakarate və digər idman növlərində uğurlarımız oldu”.

Fərid Qayıbov 23 yaşadək sərbəst güləş üzrə Azərbaycan millisinin ardıcıl ikinci dəfə Avropa çempionu olduğunu xatırladıb:

“Üç qızıl, bir gümüş və bir bürünc medal qazanan yığmamızın 140 xalla titulunu qoruması bu idman növündə sabaha nikbin baxmağa əsas verir”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri