Apr
2023
00:18
259
49
3145
Virtual karabakh

Super Liqa: “Qalatasaray” növbəti qələbəsini qazandı - VİDEO

2 Apr, 2023
00:18
3145

Super Liqa: “Qalatasaray” növbəti qələbəsini qazandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Super Liqasında XXVII turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, lider “Qalatasaray” “Adana Demirspor”u qəbul edib. Görüş “sarı-qırmızılar”ın qələbəsi ilə başa çatıb - 2:0.

İstanbul təmsilçisinə üç xal qazandıran qolları 86-cı dəqiqədə Fredrik Midtşö və 90+8-ci dəqiqədə penaltidən Nikolo Zaniolo vurublar.

Qələbə sayəsində xallarını 64-ə çatdıran “Qalatasaray” vahid liderdir. Komanda ən yaxın izləyicisi “Fənərbağça”nı 9 xal üstələyir. “Adana Demirspor” 49 xalla 4-cüdür.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri