Apr
2023
09:33
95
7
1922
Virtual karabakh

Premyer Liqa: “Qarabağ” Şamaxı, “Qəbələ” Masazır səfərində - AFİŞA

2 Apr, 2023
09:33
1922

Premyer Liqa: “Qarabağ” Şamaxı, “Qəbələ” Masazır səfərində - AFİŞA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XXVIII tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Şamaxıda olacaq. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edəcək. Meydan sahibləri 20 xalla 9-cu pillədə qərarlaşıb. “Köhlən atlar” 71 xalla liderdir.

Tura Bakıda yekun vurulacaq. “Sabah” avrokuboklara iddialı “Qəbələ”ni qəbul edəcək. Paytaxt təmsilçisi 62 xalla 2-ci, qonaqlar 36 xalla 5-ci sıradadır.

Azərbaycan Premyer Liqası, XXVIII tur
2 aprel (bazar)

15:30. “Şamaxı” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu

18:00. “Sabah”– “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Bank Respublika Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” “Turan Tovuz”u 3:2, “Kəpəz” “Səbail”i 1:0 hesabı ilə məğlub edib. “Zirə” – “Neftçi” qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri