Apr
2023
14:10
236
54
1887
Virtual karabakh

Azərbaycan cüdoçuları Böyük Dəbilqənin son günündə uğursuz olublar - YENİLƏNİB

2 Apr, 2023
14:10
1887

Azərbaycan cüdoçuları Böyük Dəbilqənin son günündə uğursuz olublar - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqəni iki medalla başa vurublar.

Oxu.Az xəbər verir ki, bu gün mübarizəyə qoşulan idmançılardan Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal qazana bilməyiblər.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medala sahib çıxıb.  

10:23

Azərbaycanın daha dörd cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bu gün mübarizəyə başlayacaq.

Oxu.Az xəbər verir ki, son olaraq 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 final mərhələsində İvaylo İvanov (Bolqarıstan)/Paul Kibikay (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Li Namhunun (Cənubi Koreya) müqavimətini qırmağa çalışacaq.

100 kq-dan yuxarı çəkidəki idmançılardan Uşangi Kokauri 1/16 finalda Yevgeni Balyevski (Ukrayna)/Qalimjan Krikbay (Qazaxıstan) duelinin güclüsü ilə görüşəcək.

Eyni çəkidəki Camal Qamzatxanov 1/32 finalda Şoxrux Mamarasulovla (Özbəkistan) qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri