Apr
2023
15:58
190
37
1425
Virtual karabakh

“Formula-1”: Fransalı pilot Bakıdakı yarışı buraxa bilər

2 Apr, 2023
15:58
1425

“Formula-1”: Fransalı pilot Bakıdakı yarışı buraxa bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” üzrə dünya çempionatında çıxış edən “Alpin” komandasının pilotu Pyer Qasli Azərbaycan Qran Prisini buraxa bilər.

“Report” xəbər verir ki, buna 27 yaşlı fransalı sürücünün Avstraliyadakı yarışda qəza törətməsi səbəb olub.

Qasli komanda yoldaşı Esteban Okonla toqquşub, nəticədə hər iki pilotun bolidi trasdan çıxaraq baryerə çırpılıb. Onlar yarışa davam edə bilməyiblər.

Pyer Qasli qəzada təqsirli bilinsə, iki cərimə xalı alacaq və Bakıdakı Qran Prini buraxacaq. Hazırda onun 10 cərimə xalı var.

“Alpin”in ehtiyat sürücüsü “Formula-2”də mübarizə aparan Cek Duendir.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28 - 30 apreldə təşkil olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri