30 
Apr
2023
09:30
54
160
4213
Virtual karabakh

“Formula-1”: Bu gün Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq – AFİŞA

30 Apr, 2023
09:30
4213

“Formula-1”: Bu gün Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq – AFİŞA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Formula-1” üzrə Azərbaycan Qran-prisinə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, əsas yarış saat 15:00-da başlayacaq.

İlk olaraq “Formula-2”də qalib müəyyənləşəcək. İkinci dərəcəli pilotların mübarizəsi saat 11:25-də start götürəcək.

Daha əvvəl “Formula-1”in sıralama turunda “Ferrari” sürücüsü Şarl Lekler ən yaxşı nəticəni göstərib. “Red Bull”dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. “Ferrari”nin digər pilotu Karlos Sayns və “Mercedes”dən Lüis Hemilton “ilk beşliy”i tamamlayıblar.

“Formula-2”də isə “Prema Racing”dən Oliver Bearman sıralama turunda bütün rəqiblərini qabaqlamışdı.

Azərbaycan Qran-prisində sonuncu günün proqramı

11:25. “Formula-2”də əsas yarış

12:45. Klassik maşınların paradı

14:46. Dövlət Himni mərasimi

15:00. “Formula-1”də əsas yarış

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri