30 
Apr
2023
16:38
86
221
4882
Virtual karabakh

Azərbaycan Qran-prisi: Əsas yarışın qalibi Serxio Peres oldu - YENİLƏNİB + FOTO

30 Apr, 2023
16:38
4882

Azərbaycan Qran-prisi: Əsas yarışın qalibi Serxio Peres oldu - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış başa çatıb. 

Oxu.Az xəbər verir ki, “Red Bull” pilotu Serxio Peres 51 dövrədən sonra yarışı qalib kimi başa vurub. 

Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler isə üçüncü pillədə qərarlaşıb. 

Qeyd edək ki, iki pilot – “Alfa Tauri”dən Nik de Vris və “Alfa Romeo”dan Cou Quanju bolidlərində yaranmış texniki problemlərə görə yarışı erkən dayandırıblar.

“Aston Martin”dən Fernando Alonso dördüncü, “Ferrari”nin digər sürücüsü Karlos Sayns beşinci olub. Yeddiqat dünya çempionu, “Mercedes”də çıxış edən Lüis Hemilton isə Qran-prini altıncı sırada bitirib.

Daha çox şəkil burada: PhotoStock.az

16:24

“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir. 

Oxu.Az xəbər verir ki, “Red Bull” pilotu Serxio Peres 40 dövrədən sonra liderdir. 

Hazırda onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb. 

Qeyd edək ki, iki pilot – “Alfa Tauri”dən Nik de Vris və “Alfa Romeo”dan Cou Quanju bolidlərində yaranmış texniki problemlərə görə yarışı dayandırıblar.

15:58

“Formula-1” üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir. 

Oxu.Az xəbər verir ki, “Red Bull” pilotu Serxio Peres 29 dövrədən sonra liderliyini davam etdirir. 

Hazırda onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb.

15:41

“Formula-1” üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir. 

Oxu.Az xəbər verir ki, “Red Bull” pilotu Serxio Peres 18 dövrədən sonra liderliyi ələ keçirib. 

Hazırda onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb. 

Qeyd edək ki, “Alfa Tauri” komandasının üzvü Nik de Vris yarış zamanı bolidində yaranmış problemlə bağlı uğursuzluq yaşayıb.

15:00

“Formula-1” üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Oxu.Az xəbər verir ki, 51 dövrəlik mübarizəyə saat 15:00-da start verilib.

Aprelin 28-də gerçəkləşən sıralama turunda “Ferrari” pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib. “Red Bull”dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. “Ferrari”nin digər sürücüsü Karlos Sayns və “Mercedes”dən Lüis Hemilton “ilk beşliy”i tamamlayıblar.

Ferstappen hazırda 75 xalla turnir cədvəlində liderdir. Peres 62 xalla ikinci pillədə qərarlaşıb. “İlk üçlüy”ü “Aston Martin”dən Fernando Alonso (48 xal) qapayır.

Konstruktorlar kubokunun lideri isə “Red Bull” (137 xal) komandasıdır. “Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü sıradadır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri