14 
May
2023
12:09
121
34
2431
Virtual karabakh

Avropada günün maraqlı futbol oyunları: “Barselona” çempionluğunu elan edə bilər - AFİŞA

14 May, 2023
12:09
2431

Avropada günün maraqlı futbol oyunları: “Barselona” çempionluğunu elan edə bilər - AFİŞA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında lider “Mançester Siti” “Everton”un qonağı olacaq.

Matç saat 17:00-da (bütün saatlar Bakı vaxtı ilə göstərilib - red.) başlayacaq. “Şəhərlilər”in ən yaxın izləyicisi “Arsenal” isə “Brayton”u qəbul edəcək. Bu görüşün start fiti saat 19:30-da səslənəcək.

İtaliya A Seriyasında çempionluğu rəsmiləşdirmiş “Napoli” “Montsa” səfərinə yollanacaq. Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Roma” “Bolonya”nın qonağı olacaq. “Yuventus” isə öz meydanında “Kremoneze”ni məğlub edərək ikinci pillədə möhkəmlənməyi düşünür.

Oyunlar müvafiq olaraq, saat 17:00, 20:00 və 22:45-də start götürəcək.

İspaniya La Liqasında bu gün çempion müəyyənləşə bilər. Lider “Barselona” səfərdə “Espanyol”a qalib gəlsə, mövsümün qalibi adını qazanacaq. Saat 23:00-da baş tutacaq matçda qələbə sayəsində komanda xalını 85-ə çatdıracaq ki, qalan dörd turda 71 xalla ikinci pillədə qərarlaşmış “Real”ın (Madrid) və 69 xalı olan “Atletiko”nun bu fərqi azaltması mümkün deyil. Yeri gəlmişkən “hindular” da bu gün meydana çıxacaqlar. Saat 18:15-də “Elçe”nin qonağı olacaq Dieqo Simeonenin komandası qələbə qazanaraq ikinci pilləyə qayıtmaq niyyətindədir.

14 may

İngiltərə Premyer Liqası

17:00. Everton - Mançester Siti

19:30. Arsenal - Brayton

İtaliya A Seriyası

17:00. Montsa - Napoli

20:00. Bolonya - Roma

22:45. Yuventus - Kremoneze

İspaniya La Liqası

18:15. Elçe - Atletiko

23:00. Espanyol - Barselona

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri