27 
May
2023
23:07
109
8
1670
Virtual karabakh

Kanselu bir mövsümdə iki ölkənin çempionu oldu

27 May, 2023
23:07
1670

Kanselu bir mövsümdə iki ölkənin çempionu oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliya millisi və “Mançester Siti” klubunun müdafiəçisi, hazırda icarə əsasında “Bavariya”da çıxış edən Joau Konselu üçün bu gün ikiqat bayramdır.

Belə ki, futbolçu 29 yaşını qeyd etməklə yanaşı həm də Almaniya çempionu olub.

Lakin futbolçu bir mövsümdə təkcə Bundesliqanın deyil, həm də İngiltərə Premyer Liqasının çempionu olub. Belə ki, bir müddət öncə onun məxsus olduğu “Mançester Siti”nin də ölkə birinciliyi dəqiqləşib.

Qeyd edək ki, oxşar nailiyyətə vaxtilə Kinqsli Koman da imza atıb. 2016-cı ildə “Yuventus”la İtaliya, “Bavariya” ilə Almaniya çempionu olub.

Mənbə: sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri