27 
May
2023
23:42
135
15
1262
Virtual karabakh

“Şamaxı”nın baş məşqçisi: “Heç kimin tanımadığı futbolçularla son tura qədər intriqanı saxladıq”

27 May, 2023
23:42
1262

“Şamaxı”nın baş məşqçisi: “Heç kimin tanımadığı futbolçularla son tura qədər intriqanı saxladıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 36-cı turunda “Səbail”ə səfər məğlubiyyətini şərh edib.

Oxu.Az xəbər verir ki, 0:1 hesabı ilə uduzaraq elitada mövqeyini itirən komandanın çalışdırıcısı oyunsonrası mətbuat konfransında Premyer Liqanın tərk etdikləri üçün təəssüfləndiyini söyləyib:

“Komandada günahkar axtarmaq lazım deyil. Heç kimin tanımadığı futbolçularla son tura qədər intriqanı saxladıq. Mövsümün əvvəlində mütəxəssislər təcrübəsiz futbolçulara və gənc məşqçilərə görə bizi autsayder adlandırırdılar. Komanda birliyi göstərərək sübut etdik ki, gənclərlə oynamaq mümkündür. Təəssüf ki, Premyer Liqanın tərk etdik”.

38 yaşlı mütəxəssis təcrübəli oyunçularla işləməyin asan olduğunu bildirib: “Gənc futbolçularla işləmək nəsib oldu. Təcrübəlilərlə çalışmaq çox asandır. Bizim üçün uzun bir yol oldu. Məşqçi kimi ilk işimiz idi. Gələcəkdə buradakı səhvləri etməməliyik. Ən böyük problemimiz qol vura bilməməkdir. Gələcəkdə növbəti çalışdığımız klublarda təcrübəli futbolçular almaq istəyərik”.

V.Əsgərli Premyer Liqada 12 komanda olmasını arzuladığını əlavə edib:

“Biz də istəyərik ki, 12 komanda olsun. Amma idman prinsiplərini unutmamalıyıq. Son illər belə rəqabət olmamışdı. 12 komanda ilə daha maraqlı çempionat olar. “Şamaxı” çətin yol seçmişdi. Bilirdik ki, gənclərlə məğlubiyyətlər ola bilər. Klub olaraq səhv yol seçməmişdik. Əksər oyunçularımız iddialı klublardan təklif alıb. Bu da futbolumuza xeyirdir”.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri