27 
May
2023
23:57
104
19
1696
Virtual karabakh

Şahin Diniyev: “Gecə nəsə fikirləşib məni çıxartmasalar, postumda qalacağam”

27 May, 2023
23:57
1696

Şahin Diniyev: “Gecə nəsə fikirləşib məni çıxartmasalar, postumda qalacağam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 36-cı turunda "Səbail" üzərində ev qələbəsini şərh edib.

Oxu.Az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələrək, elitada mövqeyini qoruyan komandanın çalışdırıcısı oyunsonrası mətbuat konfransında matç haqqında danışıb:

“27 ildir, baş məşqçi işləyirəm. Həyatımda ən gərgin, həyəcanlı oyun idi. Özümə görə yox, çətinliklərə öyrəşmişəm. Sadəcə klub camiəsinə görə stress yaşayırdım. Akademiyada oynayan balaca uşaqları görəndə ürəyim ağrıyırdı. Rəhbərliyə görə narahat idim. Çiynimdə yük çox idi. Bu gün “Şamaxı”nın I Diviziona düşməsi Azərbaycan futboluna böyük ziyan olacaq. İdman prinsipi o zaman olar ki, üç Liqa olsun. Premyer Liqanı tərk edən komanda varsa, Divizionda axırıncı yeri tutan niyə Region Liqasına düşmür? Deməli, idman prinsipi pozulur. “Şamaxı”nın çox oyunçusu qalacaq. Yaxşı komanda hazırlanıb. Belə bir kollektivin, region təmsilçisinin elitadan getməsi çox pisdir. Son nəfəsimə qədər “Şamaxı”nın getməməsi üçün çalışacağam. Hamıya sübut edə bilərəm ki, idman prinsipi pozulmur. Eyni reqlament 3 liqaya tətbiq edilməlidir. Region Liqasından qalxan niyə olmur? Futbolun inkişafı üçün hərdən göz yumulmalıdır”.

56 yaşlı mütəxəssis fikirlərini AFFA İcraiyyə Komitəsinin üzvlərinə çatdıracağını bildirib: “İndi onlara fikirlərimi çatdıracağam. İndiyə kimi desəydim, özüm üçün demiş olardım. İndi isə “Şamaxı” üçün edəcəyəm. “Şamaxı”nın Premyer Liqada qalmasını bütün İcraiyyə Komitəsinin üzvlərindən xahiş etməyə hazıram. Sübut da edə bilərəm ki, bu, daha doğrudur”.

Təcrübəli çalışdırıcı postunda qalacağını söyləyib: “Təzə gəlmişik, hara gedirik? Oyundan sonra klub prezidenti Rauf Əliyevlə danışdım. Gələn mövsüm iddialı bir “Səbail” görəcəyik. Bu gün futbolumuzda sponsorlar yoxdur. Belə sponsoru küsdürmək ayıb olar. Gecə nəsə fikirləşib məni çıxartmasalar, postumda qalacağam (gülür - red). Söz verirəm ki, iddialı “Səbail” görəcəksiniz. Avrokuboklara vəsiqə, medallar uğrunda yarışacağıq"

Ş.Diniyev “Turan Tovuz”la matçda qeyri-etik jestinə görə cəzalandırılan futbolçusu Qoba Zakpanın hərəkətinə münasibət bildirib. O deyib ki, oyunçusunun davranışında aqressiya olmayıb: “Orada üç məqam var. Azarkeşlərə, rəqibə və ya kameralara qarşı etməyib. Onun hərəkətini dəstəkləmirəm. Amma heç kimə qarşı deyildi. Öz beyninin məhsulu idi. Orada kin, nifrət də yoxdur. Kaş mənə edərdi. Mən onu qəbul edərdim. Bu, konkret bir şey deyil”.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri