28 
May
2023
01:12
49
179
2778
Virtual karabakh

Ronaldunun komandası çempion ola bilmədi

28 May, 2023
01:12
2778

Ronaldunun komandası çempion ola bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kriştianu Ronaldu ilk mövsümündə Səudiyyə Ərəbistanı çempionluğunu qazana bilməyib.

“Əl-İttihad” bu gün “Əl-Feyha”nı məğlub edərək (3:0) titulunu təmin edib.

29 turdan sonra Ciddə təmsilçisinin 69 xalı var.

Ronaldunun “Ən-Nəsr”i isə ikinci yerdə qərarlaşıb. “Əl-İttifaq”la bugünkü heç-heçədən sonra onun 64 xalı var. Klub sonuncu dəfə 2020-ci ildə çempion olub.

Qeyd edək ki, Kriştianunun gəlişinədək “Ən-Nəsr” turnir cədvəlində birinci yerdə idi.

Xatırladaq ki, çempionatda keçirdiyi 16 oyunda 38 yaşlı portuqaliyalı 14 qol vurub.

Mənbə: sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri