31 
May
2023
23:51
25
89
1048
Virtual karabakh

“Norway Chess”: Şəhriyar Məmmədyarov ilk məğlubiyyətini alıb

31 May, 2023
23:51
1048

“Norway Chess”: Şəhriyar Məmmədyarov ilk məğlubiyyətini alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, 38 yaşlı qrossmeyster II turda Fransanı təmsil edən iranəsilli Alireza Firuzca ilə üz-üzə gəlib. Görüş 40-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb.

O, hazırda 1,5 xalla norveçli Maqnus Karlsenlə ilə birlikdə 8-9-cu yerləri bölüşdürür.

Məmmədyarov ilk turda yerli idmançı Aryan Tariyə armageddonda qalib gəlib. Firuzca isə hindistanlı Qukeş Dommarakuya uduzub.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri