İyn
2023
10:36
52
6
619
Virtual karabakh

“Norway Chess”: Şəhriyar Məmmədyarov hindistanlı şahmatçı ilə qarşılaşacaq

1 İyn, 2023
10:36
619

“Norway Chess”: Şəhriyar Məmmədyarov hindistanlı şahmatçı ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, 38 yaşlı qrosmeyster III turda hindistanlı Qukeş Dommaraku ilə üz-üzə gələcək.

Məmmədyarov hazırda 1,5 xalla norveçli Maqnus Karlsenlə birlikdə 8-9-cu pillələri bölüşdürür. Aktivində 3 xalı olan Dommaraku isə Fransanı təmsil edən Alireza Firuzca ilə 4-5-ci yerdədir.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1,5, məğlub olan tərəf isə 1 xal əldə edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri