İyn
2023
12:44
81
10
2023
Virtual karabakh

Şahruddin Məhəmmədəliyev Azərbaycana ilk gəlişi barədə: “Stadionda anbar tipli yerdə qalırdım”

1 İyn, 2023
12:44
2023

Şahruddin Məhəmmədəliyev Azərbaycana ilk gəlişi barədə: “Stadionda anbar tipli yerdə qalırdım”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda “Şahdağ” mənim ilk peşəkar klubum olub. Azərbaycanın birinci liqasında təmsil olunurdu. Möhkəmlənmək üçün yaxşı yer idi. Əgər orada dözüm nümayiş etdirə bilsəydim, davamı artıq qorxulu olmayacaqdı”.

Bunu “Championat” nəşrinə müsahibəsində “Qarabağ”ın və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasında ilk addımları haqqında danışarkən deyib.

Şahruddin Məhəmmədəliyev qeyd edib ki, doğulduğu Rusiyada futbol mütəxəssislərinin diqqətini çəkə bilmədiyindən hələ 18 yaşında Azərbaycanın “Şahdağ” klubundan gələn təklifi qəbul etmək məcburiyyətində qalıb.

“Şahdağ”a baxışa gəldim və məşqçinin diqqətini cəlb edə bildim. O, məndən Qusarda qalmağımı istədi. Lakin maaş haqqında sonra danışacağını bildirdi. Mən və daha iki gənc futbolçu düz stadionda - tribunaların altında yerləşən anbar tipli kiçik bir otaqda qalırdıq. Üç çarpayıdan savayı heç nəyimiz yox idi. Amma xoşbəxt idim - futbol oynamaq istəyirdim”.

“Qarabağ”a qədər keçdiyi yolu xatırlayan Şahruddin “Şahdağ”ın heyətində 15 oyun keçirəndən sonra artıq diqqət mərkəzinə düşdüyünü, əvvəl Azərbaycanın gənclərdən ibarət yığmasının seleksiya düşərgəsinə, oradan isə “Sumqayıt” klubunun bazasına, yoxlanışa yollandığını söyləyib.

“Sumqayıt” mənim karyeramda mühüm mərhələ idi - Premyer Liqada oynamağa başladım. 19 yaşlı gənc qapıçı üçün əla məktəb idi. “Qarabağ”da oynamağı sadəcə xəyal edirdim və günlərin birində bu arzum gərçək oldu”, - millimizin qapıçısı bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri