İyn
2023
15:26
155
19
3111
Virtual karabakh

İkardinin 21 qolu əzəli rəqib “Fənərbağça”nın sabiq kapitanına baha başa gəldi - FOTO/VİDEO

1 İyn, 2023
15:26
3111

İkardinin 21 qolu əzəli rəqib “Fənərbağça”nın sabiq kapitanına baha başa gəldi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fənərbağça”nın sabiq kapitanı və sabiq milli oyunçusu Ümit Özat canlı yayımda saçlarını qırmızıya boyayıb.

Bunu o, mövsümün əvvəlində “Qalatasaray”ın transfer etdiyi Mauro İkardiyə əyləncəli vədinə görə edib. Həmin vaxt Ü.Özat İkardinin ən azı 20 qol vuracağı təqdirdə, saçlarını qırmızıya boyayacağını deyib.

İkardi 21 qola imza atdığından bütün gözlər millinin keçmiş oyunçusuna çevrilib. Elə “Qalatasaray”ın ulduz futbolçusu da bununla bağlı paylaşım edib.

“Ümitin sözünü yerinə yetirəcəyinə ümid edirəm. Bütün azarkeşlərimiz və mən səni sarı-qırmızı saçla görməyi gözləyirik”, - deyə argentinalı hücumçu “Instagram” hesabında yazıb.

“Fənərbağça”nın sabiq kapitanı isə - “Ümit Özat vədinə əməl edər. Saçımı canlı yayımda boyayacağam”, - deyib və sözünə əməl edib.

Mənbə: Posta

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri