İyn
2023
20:20
162
40
1534
Virtual karabakh

Bakıdakı dünya çempionatında daha iki çəkidə qaliblər bəlli oldu - YENİLƏNİB

2 İyn, 2023
20:20
1534

Bakıdakı dünya çempionatında daha iki çəkidə qaliblər bəlli oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında daha 2 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

“Report” xəbər verir ki, yarışın 5-ci günündə qadınlar arasında 46 kq-da qızıl medal Lena Stoykoviçə (Xorvatiya) qismət olub. O, finalda Siken Kamonçanoku (Tailand) məğlub edib. Üçüncü yeri Ruka Okamoto (Yaponiya) və Vanq Xiaolu (Çin) tutub.

Kişilər arasında 54 kq çəkidə dünya çempionu titulunu Tay-Jun Park (Cənubi Koreya) qazanıb. Gümüş medala Hüqo Arilyo Vaskes (İspaniya) layiq görülüb. “Üçlüy”ü Omonjon Otajonov (Özbəkistan) və Görkem Polat (Türkiyə) qapayıblar.

Bu çəkidə Azərbaycan millisinin idmançılarından Minayə Əkbərova (46 kq) 1/16 finalda Ruka Okamotoya (Yaponiya), eyni mərhələdə Səyyad Dadaşov (54 kq) isə Omonjon Otajonova (Özbəkistan) məğlub olub.

Qeyd edək ki, mundiala iyunun 4-də yekun vurulacaq.

11:59

Azərbaycan taekvondoçuları bu gün də Bakıda keçirilən dünya çempionatında medal qazana bilməyiblər.

Oxu.Az xəbər verir ki, mübarizəyə qoşulan iki idmançımız ilk görüşdə uğursuzluqla üzləşib.

54 kq çəki dərəcəsində yarışan Səyyad Dadaşov 1/16 final mərhələsində Omonjon Otajonova uduzub. Qadınların yarışında 46 kq-dakı təmsilçimiz Minayə Əkbərova eyni raundda Ruka Okamoto (Yaponiya) ilə dueldən məğlub ayrılıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 7 taekvondoçusu medal qazana bilməyib.

09:24

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha iki təmsilçisi mübarizəyə başlayacaq.

54 kq çəki dərəcəsində yarışan Səyyad Dadaşov 1/16 finalda Omonjon Otajonov (Özbəkistan) - Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında 46 kq-da mübarizə aparan Minayə Əkbərova eyni raundda Ruka Okamoto (Yaponiya) - Sarao Sançes (Puerto-Riko) duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl mübarizəyə başlayan Azərbaycanın 7 taekvondoçusu medal qazana bilməyib.

Dünya çempionatı iyunun 4-də başa çatacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri