İyn
2023
17:16
135
22
2417
Virtual karabakh

Rusiyalı şahmatçı Bakıdakı Dünya Kubokunda iştirakdan imtina etdi

2 İyn, 2023
17:16
2417

Rusiyalı şahmatçı Bakıdakı Dünya Kubokunda iştirakdan imtina etdi

Rusiyalı qrosmeyster Sergey Karyakin Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda iştirak etməyəcək.

Bu barədə o, özünün “Telegram” kanalında məlumat yayıb. 33 yaşlı “iti zəka sahibi” ölkəsinin bayrağı altında çıxış edə bilməməsi və qalib olacağı halda dövlət himninin səslənməyəcəyi səbəbi ilə turnirdə iştirakdan imtina etdiyini bildirib.

“FIDE-dən (Beynəlxalq Şahmat Federasiyası - red.) Dünya Kubokunda iştirak üçün dəvət almışam. Bu, sevdiyim yarışdır. Çünki pley-off sistemi ilə keçirilir. Üç dəfə Dünya Kubokunda çıxış etmişəm. Lakin növbəti yarışda ölkəmi təmsil edə bilməyəcəyəm. Qalib gələcəyim halda, Rusiya himnini eşitməyəcəyəm. Mən buna qarşıyam və dəfələrlə fikrimi ifadə etmişəm”, - deyə S.Karyakin qeyd edib.

Məşhur qrosmeysterin məsələ ilə bağlı keçirdiyi sorğuda 90 faiz izləyici onun qərarını dəstəkləyib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə FIDE bu ölkənin idmançılarına beynəlxalq turnirlərdə yalnız neytral statusda iştiraka icazə verir.

Qeyd edək ki, Bakıdakı Dünya Kuboku 30 iyul - 24 avqust tarixləri aralığında keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri