İyn
2023
18:20
23
48
1490
Virtual karabakh

Felipe Santos: “Neftçi” finalın favoritidir” - MÜSAHİBƏ

2 İyn, 2023
18:20
1490

Felipe Santos: “Neftçi” finalın favoritidir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” finalın favoritidir”.

Bunu “Qəbələ”nin yarımmüdafiəçisi Felipe Santos APA-ya müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

- Mövsüm başa çatsa da, “Qəbələ” üçün davam edir. Psixoloji və ya fiziki yorğunluq var?

- Çox gərgin bir mövsüm idi. Bizim üçün sadəcə kubokun finalında oynamaq tələb olunur. Bir çox oyunçular artıq öz ölkələrində olduqları halda, bizim komandada olanlar finala köklənib. İndi yorğunluq yoxdur. Kuboku qazanmaq arzusundayıq. Ona görə də, yorğunluqdan söhbət gedə bilməz.

- Sonuncu turda “Kəpəz”lə bərabərə qalaraq avrokuboklara vəsiqəni təmin etdiniz. Artıq rahatsınız? Məqsədiniz bu idi?

- Əvvəldən həmişə deyirdim ki, məqsəd komandanı çempionat yolu ilə Avropaya aparmaq idi və biz bunu bacardıq. İndi final oyunu mükəmməl mövsümü başa vurmaq üçün tortun üzərində əskik olan kremdir.

- “Neftçi” ilə oyuna necə hazırlaşırsınız? Bu komanda barədə fikriniz necədir? Rəqib bu mövsüm çox tənqid edildi, çox da yaxşı oynamadılar...

- “Neftçi” ölkənin böyük klublarından biridir. Heyətində çoxlu keyfiyyətli futbolçuları var. Bilirik ki, final 90 dəqiqədir və keyfiyyətli oyunçuları var ki, hər şeyi həll edə bilər. Qalib olsaq, hər şey dəyişə bilər. Ona görə də kuboku qazanmaq üçün hər şeyi edəcəyik.

- “Neftçi” mövsümdəki uğursuzluqları unutdurmaq üçün ölkə kubokunu mütləq qazanmaq istəyəcək. Matç onlara doğma olan stadiondadır. Bunun hər hansı mənfi və ya müsbət yanları var?

- “Neftçi” finalın favoritidir. Onlar öz evlərində oynayacaqlar. Bu da onlar üçün məsuliyyətdir. Mövsümün sonudur və biz bu fürsəti əldən buraxmaq istəmirik.

- “Qəbələ” artıq avrokuboklara vəsiqəni təmin edib. Bu mənada, final görüşünə daha rahat çıxacaqsınız? Finalda sizin üçün həlledici və önəmli nə olacaq?

- Hansı komanda psixoloji və fiziki cəhətdən hazır olsa, kuboku qazanmağa daha da yaxınlaşacaq. Bizim komandada matçın taleyini dəyişə biləcək oyunçular var. Hər halda, final elə finaldır. Gərginliyi, ab-havası, atmosferi final oyununa uyğun olacaq. Sona qədər oynayacağıq, necə alınacağını görəcəyik.

- Rəhbərlik kuboku qazanmağınız üçün yaxşı mükafat vəd edib?

- Rəqibdən asılı olmayaraq, biz kuboka sahib çıxmaq niyyətindəyik. Bunun üçün də hazırlaşırıq. Komandamızda hər kəs bir-birinə inanır. Təbii ki, kuboku qazansaq, mütləq mükafat alacağıq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri