İyn
2023
21:38
108
10
1166
Virtual karabakh

Emin Mahmudov: “İndi kubok daha vacibdir, nəinki müqavilə”

2 İyn, 2023
21:38
1166

Emin Mahmudov: “İndi kubok daha vacibdir, nəinki müqavilə”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin futbolçusu Emin Mahmudov “Qəbələ”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu barədə fikirlərini bildirib.

Oxu.Az xəbər verir ki, “ağ-qaralar”ın kapitanı oyunöncəsi mətbuat konfransında titulu əldə etmək üçün əllərindən gələn hər şeyi edəcəklərini söyləyib:

“Yaxşı komandaya qarşı oynayacağıq. Topla oynamağı sevirlər. Çalışırlar ki, daha çox topla olsunlar. Öz oyunumuzu göstərərək qələbə qazanmaq istəyirik. Finaldır, hamı qazanmaq istəyir. Çalışacağıq hər şeyi edək ki, kubok bizim olsun”.

31 yaşlı yarımmüdafiəçi hər iki komanda üzərində eyni təzyiqin olduğunu vurğulayıb:

“İnanıram ki, “Qəbələ” də bizim kimi kuboku istəyir. Məncə, hər iki tərəfdə eyni təzyiq var. Bütün komandalar titul əldə etmək istəyirlər”.

Paytaxt klubu ilə müqaviləsi başa çatacaq E.Mahmudov gələcəyi barədə hələ qərar vermədiyini söyləyib:

“Bu barədə düşünməmişəm. Mənim üçün ilk kubok finalıdır. Bütün diqqətim bu qarşılaşmadadır. Müqavilə o qədər böyük problem deyil. İndiki məqamda kubok daha vacibdir, nəinki müqavilə”.

Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Qəbələ” matçı saat 20:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri