İyn
2023
20:09
154
6
752
Virtual karabakh

Azərbaycan avarçəkənləri Qazaxıstanda səkkiz dəst medal qazanıblar - FOTO

2 İyn, 2023
20:09
752

Azərbaycan avarçəkənləri Qazaxıstanda səkkiz dəst medal qazanıblar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın gənc avarçəkənləri Qazaxıstan açıq birinciliyində 8 dəst medal qazanıblar.

Federasiyadan verilən məlumata görə, milli komanda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən kayak və kanoe növləri üzrə beynəlxalq turnirdə 5 nəfərlik heyətlə təmsil olunub.

200 metr məsafəyə bir nəfərlik kayak qayığında Amil Ramazanov birinci yerə layiq görülüb. O, eyni məsafədə iki nəfərlik kayak qayığında Qazaxıstan təmsilçisi ilə birgə yürüşdə də finişə birinci çatıb.

500 metr məsafəyə bir nəfərlik kayak qayığında Əlimurad Hacızadə bütün rəqiblərini geridə qoyub. Eyni növdə 200 metr məsafəyə yürüşdə isə 2-ci olub.

2 nəfərlik kayak qayığında Əlimurad Hacızadə - Vacib Babayev cütlüyü 500 metr məsafəyə yürüşlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Duet 200 metr məsafədə gümüş medallara sahib olub. Riyad İsmayılzadə ilə Rəşad Dadaşov 2 nəfərlik kayakda 500 və 200 metr məsafəyə yarışlarda ikinci yerə layiq görülüblər.

Qeyd edək ki, turnirdə 100-ə yaxın idmançı mübarizə aparıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri