İyn
2023
15:19
137
55
904
Virtual karabakh

Azərbaycan taekvondoçuları bu gün də medal qazana bilmədilər - YENİLƏNİB

3 İyn, 2023
15:19
904

Azərbaycan taekvondoçuları bu gün də medal qazana bilmədilər - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan taekvondoçuları Bakıda keçirilən dünya çempionatında bu gün də medal qazana bilməyiblər.

Oxu.Az xəbər verir ki, Eltac Qafarov 1/4 finala qədər irəliləsə də, bundan artığına gücü çatmayıb. 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda monteneqrolu Vasiliy Peruniçiçi, 1/8-də norveçli Sebastian Tuneni mübarizədən kənarlaşdırıb. Lakin o, yarımfinala vəsiqə uğrunda qarşılaşmada Marko Qolubiçə uduzub.

Qadınların yarışında 62 kq-dakı Fatimə Məcidova isə 1/16 final mərhələsində Kristina Kaspaya (İtaliya) məğlub olub. 

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.

09:52

Bakıda taekvondo üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha iki taekvondoçusu dünya çempionatında mübarizəyə başlayacaq.

74 kq çəki dərəcəsində yarışan Eltac Qafarov 1/32 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) duelinin güclüsü ilə qarşılaşacaq.

Qadınların yarışında 62 kq-dakı təmsilçimiz Fatimə Məcidova 1/16 final mərhələsində Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.

Dünya çempionatı iyunun 4-də başa çatacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri