İyn
2023
14:00
196
27
1843
Virtual karabakh

Di Mariya “Qalatasaray”a keçə bilər

3 İyn, 2023
14:00
1843

Di Mariya “Qalatasaray”a keçə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yuventus”un futbolçusu Anxel Di Mariya karyerasını Türkiyədə davam etdirə bilər.

İtalyan insayder Nikolo Skiranın yaydığı məlumata görə, “Qalatasaray” Argentina millisinin üzvünün xidmətində maraqlıdır. 35 yaşlı vingerin Turin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. “Qoca sinyora” onunla yeni sözləşmə imzalamaq istəmir.

Portuqaliya çempionu “Benfika”da Di Mariyanı heyətində görmək istəyir.

Qeyd edək ki, təcrübəli oyunçu cari mövsüm “Yuventus”da 39 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Di Mariya 2022-ci ildə Argentina yığması ilə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri