İyn
2023
00:28
157
21
1984
Virtual karabakh

“Qəbələ”nin prezidenti: “Yeni transferlər olacaq”

4 İyn, 2023
00:28
1984

“Qəbələ”nin prezidenti: “Yeni transferlər olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Komandanın əsas sütunlarını saxlamağa çalışacağıq”.

Bunu Oxu.Az-a açıqlamasında “Qəbələ”nin prezidenti Fariz Nəcəfov deyib.

Finalda “Neftçi”yə qalib gələrək ölkə kubokunu qazanan klubun rəhbəri layiqli qələbə əldə etdiklərini söyləyib:

“Komandaya, məşqçilər korpusuna təşəkkür edirəm. Layiqli qələbə qazandıq. Həm çempionatda dördüncü yeri, həm də kuboku nəzərdə tuturam. Bütün azarkeşlərimizi təbrik edirəm”.

O, yeni transfertlər olacağını vurğulayıb: “Bununla bağlı yaxın günlərdə baş məşqçi ilə görüşəcəyik. Gedən futbolçuların yerinə yenilərini transfer etmək məcburiyyətindəyik. Məndə olan məlumata görə, legionerimizin ilk danışıq aparacağı klub “Qəbələ”dir. Bizimlə razılaşmasalar, başqa kluba gedəcəklər”.

Büdcə ilə bağlı dəyişiklik olmadığını söyləyən funksioner Konfrans Liqasında gözləntilərini açıqlayıb: “Gücümüz, potensialımız nəyə çatırsa, onu etməyə çalışırıq. Komanda Konfrans Liqasında iştirak etməyə layiqdir. Orada necə iştirak edəcəyimizi zaman göstərəcək. Komandanın gücündən artıq nəsə edəcəyimizi deyə bilmərəm. Yəqin ki, Konfrans Liqasında bizim potensial rəqiblərimizi görmüsünüz. Başqa söz demək istəmirəm. Potensialımızdan maksimum istifadə edib ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışacağıq”.

F.Nəcəfov Elmar Baxşıyevin baş məşqçi postunda qalacağını əlavə edib.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri