İyn
2023
17:52
100
9
2479
Virtual karabakh

Titulsuz qalan “Neftçi” dəyişikliklər astanasında: Baş məşqçi və səkkiz futbolçu göndərilir

5 İyn, 2023
17:52
2479

Titulsuz qalan “Neftçi” dəyişikliklər astanasında: Baş məşqçi və səkkiz futbolçu göndərilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mövsümü titulsuz başa vuran “Neftçi” böyük dəyişikliklərin astanasındadır.

“Qəbələ”yə qarşı final matçından öncə hər nə qədər baş məşqçi Laurentsiu Regekampfın postunda qalacağı açıqlansa da, əslində vəziyyət fərqlidir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” rumın çalışdırıcı ilə yolları ayırmaq niyyətindədirlər.

47 yaşlı mütəxəssis qarşılıqlı razılıq əsasında getməyə isti yanaşmır. O, paytaxt təmsilçisindən təzminat tələb edir. “Neftçi” məsələni yoluna qoymaq üçün variantlar axtarır.

Baş məşqçidən başqa bir neçə oyunçunun da yola salınması gündəmdədir. Qapıçı İvan Brkiçlə müqaviləni yeniləyən “Neftçi” digər qolkiper Aqil Məmmədovu yola salmağa hazırlaşır. Onun əvəzində “Səbail”dən Emil Balayev heyətə cəlb ediləcək.

Müdafiə xəttində müqavilə müddəti başa çatan Voyislav Stankoviçə də yeni sözləşmə təklif edilməyəcək. Ondan başqa İsmayıl Zülfüqarlının komandanı tərk edəcəyi gözlənilir.

Emin Mahmudovun məsələsi açıqdır. Klub kapitanına müqavilə təklif edib. Ancaq tərəflər hələlik maliyyə məsələlərində razılığa gələ bilməyiblər.

Müqavilə müddəti başa çatan Rəhman Hacıyev, Sezar Meza Kolli və Vato Arveladze yola salınacaqlar. Yeqor Boqomolskinin də gedişi gündəmdədir. Müqaviləsi davam edən belaruslu forvard icarəyə verilə bilər.

Qeyd edək ki, bu, ilkin siyahıdır. Sözügedən oyunçulara yeniləri əlavə edilə və ya onlardan hansısa komandada qala da bilər. Hər şey danışıqlardan asılı olacaq.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri