30 
Apr
2015
11:57
18
104
3599
Virtual karabakh

Autosport: Formula-1 üzrə Avropa Qran-Prisi Bakıda iyulda baş tutacaq

30 Apr, 2015
11:57
3599

Autosport: Formula-1 üzrə Avropa Qran-Prisi Bakıda iyulda baş tutacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəyişikliklər adətən FİA-nın təqviminin ratifikasiyasına qədər edilə bilər.

Formula-1 üzrə Avropa Qran-Prisi Bakıda iyulun 17-də baş tutacaq.

Oxu.Az xəbər verir ki, bu barədə autosport.com saytı yazır.

Nəşr qeyd edib ki, ilkin layihəyə müvafiq olaraq, 2016-cı il üçün nəzərdən keçirilən 21 mərhələdən ibarət olan Böyük Mükafatlar təqvimini ciddi dəyişikliklər gözləyir: Malayziya və Rusiya mərhələlərinin vaxtı dəyişdiriləcək, eləcə də Azərbaycanda yarışlar üçün təqvimdə yer ayırmaq məqsədi ilə həftəlik fasiləsi olan yarışların sayı da dəyişdiriləcək.   

Melburnda mövsümün aprel ayının 3-də açılacağı barədə elan, artıq belə gec başlanğıc ucbatından təqvimin yetərincə sıx olacağından xəbər verir.

Avropa Qran-Prisi çərçivəsində Bakıda keçirilməsi planlaşdırılan yarışa məhz kampaniyanın ortasında yer ayrılıb.

Əgər Qran-Pri Britaniya və Avstriyada, eləcə də Almaniya və Macarıstanda bir həftə fərq ilə keçirilərsə 17 iyul tarixi daha məntiqli görünür.

Hələlik ilkin layihənin təsdiqlənməsinə dair heç bir rəsmi təsdiq yoxdur, dəyişikliklər adətən FİA-nın təqviminin dekabrda ratifikasiyasına qədər edilə bilər

Hal-hazırda gələn il üçün Formula-1 təqvimi aşağıdakı kimidir:

Aprel, 3 – Аvstraliya (Albert-Park)
Aprel, 10 – Çin (Şanxay)
Aprel, 24 – Bəhreyn (Sahir)
May, 1 – Rusiya (Soçi)
May, 15 – İspaniya (Barselona)
May, 29 – Monako (Monte Karlo)
İyun, 12 – Kanada (Monreal)
İyun, 26 – Britaniya (Silverstoun)
İyul, 3 – Avstriya (Red Bull Ring)
İyul, 17 – Azərbaycan (Bakı)
İyul, 31 – Almaniya (Hokkenhaym)
Avqust, 7 – Macarıstan (Hunqarorinq)
Avqust, 28 – Belçika (Spa)
Sentyabr, 4 – İtaliya (Моntsa)
Sentyabr, 18 – Sinqapur (Marina-Bey)
Sentyabr, 25 – Malayziya (Sepanq)
Oktyabr, 9 – Yaponiya (Suzuka)
Oktyabr, 23 – ABŞ (Ostin)
Oktyabr, 30 – Meksika (Mexiko)
Noyabr, 13 – Braziliya (İnterlaqos)
Noyabr, 27 – Abu-Dabi (Yas-Marina)

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri