23 
May
2015
11:03
41
88
5012
Virtual karabakh

Bakıda “Formula-1” üçün tras hazırlayırlar

23 May, 2015
11:03
5012

Bakıda “Formula-1” üçün tras hazırlayırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz 19500 oturacaq yerinə hesab götürmüşük”.

2016-cı ildə Azərbaycanda keçiriləcək “Formula-1” yarışlarının planı cədvəl üzrə gedir.

Oxu.Az Autosport-a istinadən xəbər verir ki, Avropa Qran-Pri adını almış mərhələ şəhərin mərkəzində, şəhər trasında keçiriləcək. Uzunluğu altı kilometrdən bir qədər artıq olan Dairə German Tilkenin memarlıq bürosu tərəfindən layihələşdirilib.

Yaxın günlərdə mərhələ təşkilatçıları FİA-ya trasın son variantını təqdim edəcəklər, F1 maşınlarının orta sürəti 208 km/s-dır.

“Tribunaların quraşdırılması və digər qurğular trasda müvəqqəti olacaq. Bizim planımız var və biz qoyulan vaxtlarda işləri başa çatdıracağımıza şübhə etmirik. Trasın bir hissəsi Hökumət binasının qarşısından, digəri isə köhnə şəhərin ətrafında olacaq - Autosport, Qran-Prinin icraçı direktoru Arif Rəhimovun sözlərindən sitat gətirir.

Birinci kateqoriya lisenziyanı almaq üçün bəzi döngələri dəyişdirməli olduq. İndi biz hər şeyi yoxlayırıq və yekun variantı FİA-ya təqdim edəcəyik.

Tribunalar baxımından bizim kiçik trasımız olacaq – biz 19500 oturacaq yerinə hesab götürmüşük. Amma bizim piyada yolu boyunca iki kilometr uzunluqda ümumi ərazimiz olacaq. Biz orada mümkün qədər çox adam yerləşdirməyə çalışacağıq”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri