21 
Sen
2023
08:52
227
5
3434
yuxarı
Avropa Liqası: “Qarabağ” bu gün qrupda ilk oyuna çıxır - AFİŞA
21 Sen, 2023
08:52
3434
227
5
Avropa Liqası: “Qarabağ” bu gün qrupda ilk oyuna çıxır - AFİŞA
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da qrupda ilk oyununa çıxacaq.
Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda Norveçin “Molde” klubunu qəbul edəcək. Saat 20:45-də başlayacaq görüş “CBC Sport”da canlı yayımlanacaq.
Qrupun digər matçında “Bayer” (Almaniya) “Hakken”i (İsveç) qəbul edəcək. Bu qarşılaşma da eyni saatda başlayacaq.
Avropa Liqası
Qrup mərhələsi
I tur
H qrupu
21 sentyabr
20:45. “Qarabağ” (Azərbaycan) - “Molde” (Norveç)
Baş hakim: Con Biton (Şotlandiya)
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək