21 
Sen
2023
19:36
721
11
2404
Virtual karabakh

Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala yüksəlib və olimpiadaya lisenziya əldə edib

21 Sen, 2023
19:36
2404

Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala yüksəlib və olimpiadaya lisenziya əldə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Oxu.Az-ın məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Ermənistan təmsilçisi Malxas Amoyanla üz-üzə gəlib.

Rəqibinə 5:0 hesabıyla qalib gələn Süleymanov həm həlledici qarşılaşmaya vəsiqə qazanıb, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri