22 
Sen
2023
01:24
100
16
2913
Virtual karabakh

Mahir Emreli oynadı, “Dinamo” “Astana”ya beş qol vurdu - VİDEO

22 Sen, 2023
01:24
2913

Mahir Emreli oynadı, “Dinamo” “Astana”ya beş qol vurdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”su bu gün Konfrans Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Xorvatiya təmsilçisi C qrupunda Qazaxıstan “Astana”sını qəbul edib. Oyun Zaqreb “Dinamo”sunun 5:1 hesablı qələbəsi ilə başa çatıb.

M.Emreli də bu oyunun iştirakçısı olub. O, meydana start heyətdə çıxıb və 65-ci dəqiqədə Luka Menalo ilə əvəzlənib.

Xatırladaq ki, “Dinamo” ilə “Astana” bu mövsüm Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində də qarşılaşıblar. Hətta cavab görüşündə M.Emreli baxımlı qola imza atıb. “Dinamo” iki oyunun cəmində (4:0, 2:0) qalib gələrək 3-cü təsnifat mərhələsinə adlamışdı. Lakin Zaqreb klubu bu dəfə AEK səddini keçə bilməyib və Avropa Liqasının pley-off mərhələsində çıxış edib. Burada Praqa “Sparta”sına uduzan (3:1, 1:4) “Dinamo” Konfrans Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.

Bu qrupun digər matçında isə “Viktoriya” (Çexiya) “Balkani” (Kosovo) ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.

C qrupu

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Astana” (Qazaxıstan) - 5:1

Qollar: Petkoviç, 43-pen; Bulat, 58, Marin, 85, Haliloviç, 90+3 - Hovhannisyan, 78.

23:00. “Viktoriya” (Çexiya) - “Balkani” (Kosovo) - 1:0

Qol: Kalvax, 73.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri