22 
Sen
2023
20:46
542
136
3794
Virtual karabakh

Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub - YENİLƏNİB

22 Sen, 2023
20:46
3794

Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub.

Oxu.Az-ın məlumatına görə, o, Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda qızıl medala sahib çıxıb.

31 yaşlı idmançı finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya qalib gəlib. E.Əzizli 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə, 2022-ci ildə isə Belqradda dünya çempionluğunu qazanıb.

Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçiləri Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaqlar.

17:32

Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında çempionluq şansını itirib.

Oxu.Az-ın məlumatına görə, 60 kq-da Nihat Məmmədli, 72 kq-da Ülvü Qənizadə, 97 kq-da isə Arif Niftullayev finala qədər irəliləyə bilməyiblər.

A.Niftullayev 1/16 finalda rəqibinə məğlub olub. N.Məmmədli və Ü.Qənizadə isə 1/4 finala yüksəlmələrinə baxmayaraq, yarımfinala çıxa bilməyiblər.

Güləşçilərimizin bürünc medala iddia edib-etməmələri uduzduqları rəqiblərin nəticələrindən asılı olacaq.

Qeyd edək ki, digər üç yunan-Roma güləşçimiz - Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) bu gün final görüşünə çıxacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri