23 
Sen
2023
10:47
251
40
10332
yuxarı
Messi oynamaq arzusunda olduğu klubun adını açıqlayıb
23 Sen, 2023
10:47
10332
251
40
Messi oynamaq arzusunda olduğu klubun adını açıqlayıb
ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi Argentina “Nyuels Old Boys”unda oynamaq istəyir.
Bu barədə hücumçu özü bildirib.
“Mən həmişə bunu istəmişəm. Xüsusən dünya çempionu olduqdan sonra Argentinaya qayıdıb “Nyuels Old Boyz”da oynamaqdan həzz almağı düşünmüşəm. Bu komandada oynamaq mənim arzumdur”, - deyə futbolçu etiraf edib.
Qeyd edək ki, Messi yeniyetmə vaxtlarında “Nyuels Old Boys”un akademiyasında oynayıb. Bu yay Fransa PSJ-sindən ayrılıb “İnter Mayami”yə keçən hücumçunun ABŞ klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm Messi ABŞ-də 12 oyun keçirib, 11 qol vurub və beş məhsuldar ötürmə verib.
Mənbə: championat.com
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
2 
Dek
2023
01:28
Səudiyyə Ərəbistanı çempionatı: “Əl Hilal” liderliyini möhkəmləndirdi - VİDEO
19
7
767
1 
Dek
2023
23:56
“Qarabağ”ın futbolçusu Avropa Liqasının simvolik komandasına daxil edildi - FOTO
121
6
1506
1 
Dek
2023
19:56
Azərbaycanın kişi güləşçiləri dünya çempionatında beş medal qazanıblar - YENİLƏNİB
182
13
1403