23 
Sen
2023
20:02
94
14
1863
Virtual karabakh

“Bavariya” yeddi cavabsız qolla qalib gəldi, “Borussiya Dortmund”dan çətin qələbə - VİDEO

23 Sen, 2023
20:02
1863

“Bavariya” yeddi cavabsız qolla qalib gəldi, “Borussiya Dortmund”dan çətin qələbə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bavariya” və “Borussiya Dortmund” Almaniya Bundesliqasının beşinci turunu qələbə ilə başa vurublar.

Oxu.Az xəbər verir ki, Münhen klubu öz meydanında “Bohum”u darmadağın edib - 7:0.

“Bavariya”ya qələbə qazandıran qolları het-trik edən Harri Keyn, Erik Maksim Şupo-Motinq, Mateys De Lixt, Leroy Sane və Matis Til vurublar.

Beş matçda 13 xal toplayan “Bavariya” vahid liderdir. “Bohum” üç xalla 14-cüdür.

“Borussiya Dortmund” isə doğma azarkeşləri qarşısında “Volfsburq”u çətinliklə məğlub edib - 1:0. Yeganə qolu qarşılaşmanın 68-ci dəqiqəsində Marko Roys vurub.

Qələbə sayəsində xallarını 11-ə çatdıran Dortmund klubu  turnir cədvəlində beşincidir. “Volfsburq” doqquz xalla yeddinci yerdə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri