23 
Sen
2023
23:22
212
35
3618
Virtual karabakh

“Barselona”dan möhtəşəm geridönüş: Səkkiz dəqiqəyə üç qol vurdular - VİDEO

23 Sen, 2023
23:22
3618

“Barselona”dan möhtəşəm geridönüş: Səkkiz dəqiqəyə üç qol vurdular - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son İspaniya çempionu “Barselona” La Liqanın VI turunda “Selta” ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Kataloniya təmsilçisi öz meydanında çətin qələbə qazanıb - 3:2.

Matçda hesabı 19-cu dəqiqədə qonaqların heyətində Yorgen Larsen açıb. 76-cı dəqiqədə Anastasios Duvikas fərqi iki topa çatdırıb.

Lakin “Barselona” təslim olmayıb. Xavinin komandası səkkiz dəqiqə ərzində geridönüş edib. 81-ci dəqiqədə fərqi azaldan Robert Levandovski dörd dəqiqə sonra hesabda tarazlıq yaradıb. 89-cu dəqiqədə Joau Kanselu katalonlara qələbə qazandıran qolu vurub.

Bu qələbədən sonra xallarını 16-ya çatdıran “Barsa” ən azı birgünlük zirvəni ələ keçirib. “Selta” dörd xalla 17-cidir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri