30 
Sen
2023
16:40
172
7
4445
Virtual karabakh

“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib

30 Sen, 2023
16:40
4445

“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə “Hakken”lə üz-üzə gələcək “Qarabağ” azarkeşlərə müraciət edib.

Klubdan verilən məlumata görə, komandanı tribunadan dəstəkləmək istəyən fanatlar biletləri oyun günü yerli vaxtla saat 19:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi “Ullevi” stadionunda 8-ci qapının qarşısından ala bilərlər.

Tərəfdarlardan şəxsiyyəti təsdiq edən sənədi özləri ilə götürmələri tələb olunub. Biletlərin qiyməti 22 avrodur.

Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq “Hakken” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri