30 
Sen
2023
17:41
65
6
1750
yuxarı
“Aston Villa” “Brayton”u meydana çıxmağa peşman etdi: Darmadağın qeydə alındı - VİDEO
30 Sen, 2023
17:41
1750
65
6
“Aston Villa” “Brayton”u meydana çıxmağa peşman etdi: Darmadağın qeydə alındı - VİDEO
İngiltərə Premyer Liqasında VII turun açılış oyunu bol qollu alınıb.
Oxu.Az xəbər verir ki, “Aston Villa” - “Brayton” matçında yeddi qol vurulub.
Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 6:1.
Olli Uotkinsin het-trik etdiyi qarşılaşmada “Aston Villa”nın digər qollarını Ceykob Remzi və Duqlas Luis vurublar. Eyni zamanda qonaqların heyətində Pervis Estupinyan avtoqol müəllifi olub. “Brayton”un yeganə qolunu isə Ansu Fati vurub.
Bu nəticədən sonra komandalar turnir cədvəlində yerdəyişmə ediblər. Xallarını 15-ə çatdıran “Aston Villa” üçüncü pilləyə yüksəlib. Eyni xala malik “Brayton” dördüncü yerə düşüb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək